A

“The Young Star of UNEC 2” səs yarışması başa çatıb.

Səs yarışmasının finalında İqtisadiyyat, Maliyyə və mühasibat, Türk Dünyası İşlətmə fakültələrinin və Rus İqtisad Məktəbinin tələbələri yarışıb.

Münsiflər heyətinin qərarı ilə İqtisadiyyat fakültəsinin tələbəsi Nigar Qasımova və Türk Dünyası İşlətmə fakültəsinin tələbəsi Rasim Ağayev müsabiqənin qalibi olub. II yerə Maliyyə və mühasibat fakültəsinin tələbələri Lalə Mustafayeva, Şamil İsmayılov və Zəka Əhmədlidən ibarət “Cauza” qrupu, III yerə isə Rus İqtisad Məktəbinin tələbəsi Leyla Məmmədova layiq görülüb.

Qaliblərə diplom və kuboklar təqdim edilib.

“The Young Star of UNEC 2” səs yarışması Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR