UNEC-də Dövlət Müstəqilliyi Günü ilə əlaqədar C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Qalxan və Qılınc” sənədli filminin təqdimatı keçirilmişdir.
Tədbirdə UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru, dosent Raqif Qasımov, Türk Dünyası İşlətmə Fakültəsinin (TÜDİFAK) müəllim və tələbə heyəti iştirak edib.
Film SSRİ dövründə ölkəmizin təhlükəsizlik xidmətinə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmişdir.
Filmin rejissoru Etibar Məmmədov təqdimat öncəsi çıxışında film haqqında məlumat verərək filmdə bəhs edilən tarixi hadisələr haqqında bütün azərbaycanlıların, xüsusi ilə də gənclərin məlumatlı olmasının zəruriliyini vurğuladı.
Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.