A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Azərbaycan Xalq Cümhuriyyəti ili”nə həsr edilmiş növbəti tədbir keçirilmişdir.

Kollecin direktoru, dosent Oruc Məmmədov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, siyasi və hüquqi əhəmiyyətindən, respublikanın tarixindən, müasir Azərbaycanın varislik missiyasından danışmışdır.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Son iclas” bədii-sənədli filmində çəkilmiş aktyor heyəti ilə tələbələrin görüşü keçirilmişdir.

Sonda “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib, aktyor heyəti ilə tələbələrin diskusiyası təşkil edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR