A

UNEC-in İqtisadiyyat fakültəsinin mentorluğunun təşəbbüsü ilə tələbələrin Şirvanşahlar sarayı kompleksinə ekskursiyası təşkil olunmuşdur.

Səfər zamanı fakültə tələbələrinin “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgiyə baxışı keçirilmişdir.

İqtisadiyyat fakültəsinin mentorları “Azərbaycan dili” kafedrasının dosenti Təranə Xəlilova, “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasının müəllimləri dosent Elşən Məmmədov, dosent Fəridə Qurbanova,  “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi Rahim Mürsəlov, "Beynəlxalq münasibətlər" kafedrasının baş müəllimi Rəsmiyyə Məmmədova, "İqtisadi nəzəriyyə" kafedrasının müəllimi Sevda Abbasovanın təşkilatçılığı ilə 200 nəfərlik tələbə heyətinin noyabr-dekabr ayları ərzində müxtəlif vaxtlarda saray kompleksinə səfərləri baş tutmuşdur.

Tələbələr muzeydəki sərgidə Şirvanşahlar dövrünə aid unikal eksponatlar, qədim dövrlərə aid maraqlı maddi-mədəni irs nümunələri ilə tanış olmuşlar. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR