A

UNEC İqtisadiyyat fakültəsi mentorluğu həftəsonu tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə ekskursiyaları davam etdirir. 

"Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının dosenti, ekologiya ixtisaslı 123 və 124 saylı qrupların mentor-müəllimi Tahir Tarverdiyevin təşəbbüsü ilə tələbə heyətinin Qobustan Milli Parkına səfəri təşkil edilib. Tələbələr qədim qayaüstü rəsmlərə tamaşa etməklə yanaşı həm də qoruğun açıq və qapalı muzeylərini gəzmişlər.

"Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının dosenti, 160 və 850 saylı qrupların mentor-müəllimi Mehriban Əsgərovanın təşəbbüsü ilə tələbələrin Mərkəzi Nəbatat bağına səfəri təşkil edilib. Tələbələr burada nadir bitki növləri ilə tanış olmuşlar.

Qeyd edək ki, cari tədris ilindən etibarən UNEC İqtisadiyyat fakültəsi mentorluğu və fakültənin həmkarlar ittifaqı komitəsinin birgə təşkilatçılığı ilə tələbələrin ekskursiyaları mütəmadi olaraq həyata keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay