A

UNEC Maliyyə və mühasibat fakültəsinin tələbələri Azərbaycan Milli İncəsənət Muzeyində olublar. Səfər zamanı fakültə tələbələrinin "Azərbaycan incəsənəti minilliklər boyu" və "Yapon incəsənəti" sərgilərinə baxışı keçirilmişdir. 

UNEC-in müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hümeyrə Mustafayeva və fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Kərimovun təşkilatçılığı ilə tələbələrin muzeyə səfəri baş tutmuşdur. Tələbələr muzeydəki sərgidə unikal incəsənət nümunələri, qədim dövrlərə aid maraqlı, maddi-mədəni irs nümunələri ilə tanış olmuşlar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR