A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Allure Model Academy”nin birgə təşkilatçılığı ilə “Miss and Mister UNEC” adlı gözəllik yarışmasının seçim mərhələsi keçirilmişdir.

Seçim mərhələsində iştirak edən tələbələr 10 ballıq sistemlə münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Münsiflər heyəti qismində UNEC Yaradıcılıq Mərkəzinin Bədii rəhbəri Əfsanə Məmmədova, "1st runner up Miss Grand Azerbaijan 2018" Pərvin Əliyeva, "1st runner up Mister Grand Azerbaijan 2018" Fərid Əliyev, "2nd runner up Miss Grand Azerbaijan 2018"  Aydan Yeşildağ, “Allure Model Academy”nin rəhbəri Elxan Paşayev, “Allure Model Academy”nin xoreoqrafı Nərminə Ramazanova, peşəkar dizayner Mədinə Əhmədova iştirak etmişlər.

Ümumilikdə 50 nəfər tələbənin iştirak etdiyi yarışda final mərhələsinə 20 tələbə (10 xanım, 10 bəy) vəsiqə qazanmışdır.

Seçim mərhələsindən keçən tələbələr “Allure Model Academy”də keçirilən finala hazırlıq məşqlərinə dəvət olunmuşdur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR