A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə UNECinema layihəsi çərçivəsində növbəti film nümayiş olunub.

Tələbələrin istəyi ilə layihə çərçivəsində səsvermə nəticəsində seçilmiş “MUCİZE” filmi nümayiş olunmuşdur. Tələbələr tərəfindən böyük maraqla qarşılanmış layihənin məqsədi tələbələrin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsidir.

Qeyd edək ki, UNECinema layihəsi çərçivəsində kino saatlarının ayda bir neçə dəfə keçirilməsi nəzərdə tutulmuşdur. Öncədən sorğu anketi vasitəsilə tələbələrin ən çox baxmaq istədikləri filmlər toplanıb səsverməyə çıxarılır. Səsvermə nəticəsində daha çox səs toplayan film seçilərək növbəti seanslarda izləmək üçün yerləşdirilir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR