A

UNEC-in Biznes və menecment fakültəsinin əməkdaşları və tələbələri “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsis etdiyi “Şəhidlər muzeyi”ni ziyarət ediblər.

“Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Qasımov ziyarətçilərə muzey haqqında ətraflı məlumat verib. Bildirib  ki, muzeydə 1000-ə yaxın şəhidin fotosu və onlar  haqqında məlumatlar öz əksini tapıb.

Fakültənin baş mentoru, dosent Pikəxanım Xudiyeva UNEC-də təhsil alan gənclərin vətənpərvərlik ruhunda formalaşması məqsədilə universitetdə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirildiyini bildirib. O, muzeydə nümayiş olunan foto və sənədlərin qanlı tariximizin gələcək nəsillərə tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR