A

Şuşa Dövlət Musiqili Dram Teatrı UNEC-də “Sərgüzşəti-vəziri-xani Lənkəran” tamaşasını nümayiş etdirib.

Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur.

UNEC tələbələrinin böyük maraqla izlədiyi tamaşa milli koloriti, şən yumoru, sətiraltı mənaları ilə onlara maraqlı anlar yaşadıb. Teatrın peşəkar aktyorların böyük məharətlə canlandırdıqları obrazlar tələbələr tərəfindən böyük alqışlarla qarşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay