A

UNEC tələbələri arasında keçirilən “The Young Star of UNEC 3” səs yarışması başa çatıb.

Yarışmanın finalında Ekspertiza və standartlaşdırma, Biznes və menecment, Texnologiya və dizayn, Türk Dünyası İqtisad fakültələrinin, Rus İqtisad Məktəbi və Distant, qiyabi və əlavə təhsil mərkəzinin tələbələri yarışıb.

Final mərhələsində münsiflər heyətində Elvin Mirzəzadə, Rübail Əzimov, Sami Oruc və UNEC Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Əfsanə Məmmədova təmsil olunublar.

Maraqlı ifalarla yadda qalan “The Young Star of UNEC 3” yarışmasının qalibləri münsiflər heyətinin qərarı ilə Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Rüfət Mustafa və Ekspertiza və standartlaşdırma fakültəsinin tələbəsi Salatın Əhmədli olub. II yerə Texnologiya və dizayn fakültəsinin tələbəsi Əli Nəsirov, III yerə isə Distant, qiyabi və əlavə təhsil mərkəzinin tələbəsi Tamam Əhmədova layiq görülüb.

Qaliblərə diplom və kuboklar təqdim edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR