A

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və ATGTİ-nın birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Tələbə baharı” XIII Ümumrespublika tələbə yaradıcılığı festivalının nəticələri açıqlanıb.

Onlayn seçim mərhələsində iştirakçılar müxtəlif musiqi və rəqs janrları üzrə çıxış ediblər. Festivalın finalında UNEC-in 3 tələbəsi müxtəlif nominasiyalar üzrə qalib olub. UNEC Yaradıcılıq mərkəzinin üzvləri olan İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Yusif Cəfərbəyli “Muğam” musiqi nominasiyasında I yer, Rus İqtisad Məktəbinin IV kurs tələbəsi Minayə Hüseynova “Pop musiqisi” nominasiyasında I yer, Rus İtqisad Məktəbinin II kurs tələbəsi Elza Məmmədova isə “Bəstəkar mahnıları” nominasiyasında I yer qazanıblar.

Festivalın qala-konserti bu il pandemiya dövrünü nəzərə alaraq fərqli formada keçiriləcək və televiziya vasitəsilə yayımlanacaq.

Tələbələrimizi təbrik edirik, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay