A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrı İlhamə Qasımzadə Avropa Könüllülük Xidmətinin koordinatorları üçün keçirilən təlimdə Azərbaycanı təmsil edib.Təlim İtaliyanın Roma şəhərində “Erasmus+” Milli Agentliyi və Salto-Youth Resurs Mərkəzinin birgə tərəfdaşlığı ilə həyata keçirilib. Təlimin məqsədi Avropa Könüllülük Xidməti çərçivəsində keçirilən layihələrinin keyfiyyətini artırmaq və koordinatorların fəaliyyətini intensivləşdirmək üçün onları nəzəri və praktiki cəhətdən məlumatlandırmaqdır.

Tədbir 19 ölkədən 25 koordinatorun iştirakı ilə baş tutub. Beş gün davam edən təlimlərdə iştirakçılara Avropa Könüllülük Xidmətinin əsasları, könüllülərin seçilməsi və idarə olunması, öyrənmə və öyrətmə metodları haqqında ətraflı məlumat verilib. Bundan başqa, müxtəlif ölkələrdən bir araya gələn koordinatorlar öz təcrübələrini bölüşərək gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR