A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində  I kurs magitrləri ilə görüş keçirilib.

Mərkəzin direktoru, dosent Fariz Əhmədov  UNEC magistrlərini təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb. BMDM-də bu tədris ilində plan yerlərinin 99 faizinə (518 nəfər) magistr qəbulu həyata keçirildiyini bildirən mərkəz direktoru magistrlərin 95.6 faizinin ilk turda məhz UNEC-i seçdiyini diqqətə çatdırıb. O, qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplayan ilk üçlüyün - Yaşar Nəsibov, Cavid Əliyev və Turqay Şirinbəylinin UNEC-də təhsil almaq istədiyini qürurverici hal adlandırıb. Tədris prosesində dünyanın nüfuzlu universitetlərinin məzunları, iş dünyasının tanınmış simaları və UNEC-in 120-yə yaxın təcrübəli müəlliminin iştirak edəcəyini diqqətə çatdırıb.

Magistrlərin UNEC-lə yanaşı Avropanın və Türkiyənin nüfuzlu universitetlərinin diplomlarını almaq imkanı da olduğunu diqqətə çatdıran İqtisadiyyat və İdarəetmə kafedrasının müdiri, professor Yaşar Kəlbiyev bu istiqamətdə Litvanın Mykolas Romerus, Türkiyənin Süleyman Demirel, Makedoniyanın Beynəlxalq Vizyon universitetləri ilə həyata keçirilən ikili diplom proqramlarından söz açıb. O, magistrlərə Mərkəzin təklif etdiyi mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak etməyi tövsiyə edib.

Qeyd: BMDM-də tədris 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilir. BMDM-i ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay