A

UNEC-in I kurs magistrləri üçün Litvanın Mikolos Romeris Universitetinin (MRU) ikili diplom proqramının təqdimatı keçirilib.

Təqdimatda magistrlərə  UNEC-in Beynəlxalq əlaqələr departamentinin mütəxəssisi Aysel Musayeva UNEC-lə MRU arasında həyata keçirilən ikili diplom proqramına qəbul qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, proqrama UNEC-də maliyyə bazarları, maliyyə menecmenti və maliyyə nəzarəti və audit ixtisası üzrə təhsil alan I kurs magistrləri qatıla bilər. Bunun üçün magistrlərin bakalavr dərəcəsi üzrə akademik göstərici 80-dən yuxarı və ingilis dili biliyi B2 səviyyəsində olmalıdır. Proqramı uğurla bitirən magistrlər UNEC-lə yanaşı, MRU-nun da diplomunu əldə edəcəklər.

Görüşdə magistrlərin mübadilə proqramı haqda sualları cavablandırılıb. Proqramda iştirak etmək istəyənlər ətraflı məlumatla buradan tanış ola bilərlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR