A

UNEC-in magistrinin elmi məqaləsi impakt faktorlu “Rhodamine binds to silk fibroin and inhibits its self-aggregation”  beynəlxalq jurnalında dərc edilib.

Qida məhsulları mühəndisliyi ixtisası üzrə 2-ci kursda təhsil alan Aytac Quliyeva məqalədə zülalların aqreqasiyasının qarşısını almaq üçün Rodamin 6G-nin rolunu tədqiq edib. Tədqiqat tut ipəkqurdunun kokonlarından (Bombyx Mori) alınan zülal (fibroin) və flüoran boyaq maddə Rodamin 6G ilə nüvə maqnit rezonans spektroskopiyası ilə ultrabənövşəyi-görünən spektroskopiyasında aparılıb. Məqalədə bu cür zülallardan alınan nəticələrin alzaymer və parkinson xəstəliklərinin müalicəsində istifadə oluna biləcəyindən bəhs olunur, eyni zamanda amiloidlərin yaranmasının öyrədilməsi istiqamətində bir model ola biləciyi bildirilir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR