A

UNEC rektoru, professor Ədalət Muradov magistraturaya qəbul olan 1-ci kurs tələbələri ilə görüş keçirib.

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə qəbul olan magistrlər ilə görüş zamanı magistratura səviyyəsində tətbiq olunan tədrisin yeni standartlarının əhəmiyyətindən, yaratdığı yeni imkanlardan danışılıb. Magistrlərə bir semestrlik tədqiqat işi aparma fürsətinin verdiyi üstünlüklərindən bəhs edilib.

Rektor qeyd edib ki, UNEC-in prioritet fəaliyyətlərindən sayılan beynəlxalq əməkdaşlıq istiqamətində yeni uğurlara imza atılıb. ABŞ-ın nüfuzlu Linkoln Universiteti ilə ikili diplom proqramından söz açan rektor, əldə olunan razılaşmanın bakalavrlarla yanaşı magistrlərin da yararlana biləcəyini qeyd edib: “UNEC-də təhsil alanlar üçün geniş imkanlar yaradılır. Bu imkanlardan istifadə etmək sizin öhdənizdədir”. Görüşdə Türkiyə və Avropanın beynəlxalq mübadilə proqramları haqqında məlumat çatdırılıb.

Daha sonra magistrlər onları narahat edən sualları verib və təkliflərini rektora çatdırıblar.

Tədbir çərçivəsində rektor, professor Ə.Muradov magistraturaya qəbul imtahanlarında 138 bal toplayaraq respublika birincisi olmuş UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) maliyyə menecmenti ixtisası üzrə qəbul olan Bəxtiyar Zeynalovu təbrik edərək ona hədiyyə təqdim edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay