A

UNEC rektoru, professor Ədalət Muradov UNEC Biznes məktəbinə qəbul olan 1-ci kurs magistrları ilə görüş keçirib. 

Görüşdə, UNEC-də baş verən yeniliklər, elektron universitet modelinin tətbiqinin genişləndirilməsi, əldə olunan uğurlar barədə danışılıb.

Məlumat verilib ki, UNEC Biznes Məktəbi Beynəlxalq Mühasiblər Assosiasiyasının üzvü olan ACCA tərəfindən akkreditasiya edilib. Mühasibat uçotu üzrə təhsil alan magistrlərin F1-F9 üzrə imtahanlardan azad edilir. UNEC MDB məkanında MBA proqramı ACCA təşkilatına bu qaydada üzv olmuş ilk universitetdir. Bu amil UNEC Biznes Məktəbi məzunlarını əmək bazarında daima bir addım öndə edir.

UNEC Biznes Məktəbinin üstün edən digər cəhət tədris planının dünyanın aparıcı universitetləri tərəfindən təsdiqlənməsidir. “Park University” (ABŞ), “Technische Universitaet Dresden” (Almaniya), UBIS (İsveçrə), “University of Waterloo” (Kanada) və “West Texas A&M University” (ABŞ) UNEC Biznes Məktəbinin tədris planının təsdiq edirlər.

Tədrisin keyfiyyətinin artırılması istiqamətində UNEC-də həyata keçirilən islahatlar çərçivəsində nüfuzlu xarici universitetlərlə ikili diplom proqramlarına dair yeni razılaşmalar imzalanır. Bir ildən çox müddətdə aparılan danışıqların nəticəsi olaraq 12 oktyabrda İstanbulda UNEC rektoru professor Ə.Muradov və Linkoln Universitetinin rektoru, professor M.Brodsky tərəfindən ABŞ-ın Linkoln Universiteti ilə UNEC arasında ikili diplom proqramına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC  tələbələri öz seçimlərinə uyğun olaraq, 1 və ya 2 il ABŞ-da oxumaqla, yaxud ABŞ-dan gələn professorların tədris etdiyi 9-12 fənni Bakıda UNEC-də dinləyib uğurla imtahan verdikdən sonra UNEC diplomu ilə yanaşı, həm də ABŞ Linkoln Universitetinin diplomunu əldə edə biləcəklər.

Digər vacib məqam UNEC Biznes Məktəbində tədris zamanı biznesin idarə edilməsi bacarıqlarına təcrübi yanaşmaya üstünlük verilməsidir. Burada tədris prosesi iş dünyasının tələblərinə uyğunlaşdırılıb. UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər. Bu üstünlüyü onlara UNEC Biznes Məktəbinin tam hüquqlu üzvü olduğu EFMD təşkilatı verib. Belə ki, MBA proqramında təhsil alan magistrlər EFMD-nin “HIGHERED – Global Talent Network” adlı işə düzəlmə şəbəkəsi vasitəsi ilə ölkə hüdudlarından kənarda da əmək bazarına çıxış əldə edə bilirlər. Xaricdə çalışmaq istəyən MBA proqramının bilikli və bacarıqlı magistrləri https://unec.higheredtalent.org/Login ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün lazım olan unec.edu.az domeynli email ünvanını UNEC Biznes Məktəbinə müraciət etməklə əldə etmək olar.

Qeyd edilən işlərlə paralel olaraq UNEC-də imtahan prosesinin daha da təkmilləşdirilməsi üçün zəruri addımlar atılır. Bu yaxınlarda İmtahan Mərkəzinin yaradılması barədə qərar qəbul edilib.

Görüş zamanı magistrantlar rektora bir sıra suallar ünvanladılar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR