A

Yarandığı gündən etibarən tədris və təlim metodlarında yenilikçi və beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiq olunduğu BMDM-də 15 oktyabrdan etibarən  II kurs magistr tələbələrinin elmi-pedaqoji təcrübələri başlamışdır.

Mərkəz üzrə təcrübələrdə ümumilikdə 531 nəfər iştirak edir. Təcrübə müddətində magistrantlar magistr elmi rəhbərləri ilə birlikdə tədris prosesində yaxından iştirak edəcək, mühazirələr deyəcək, eyni zamanda müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə master klaslarda iştirak edəcəklər.

Artıq planlaşdırıldığı kimi magistr tələbələri həm bakalavr, həm də magistr dərslərində iştirak edir, elmi rəhbərləri ilə birlikdə tədris materiallarının hazırlanması, interaktiv dərslərin təşkil olunması prosesində yaxından iştirak edirlər. Geridə qalan günlər ərzində eyni zamanda müxtəlif ekspert-mütəxəssislər tərəfindən elmi-pedaqoji təcrübənin effektiv həyata keçirilməsi məqsədi ilə master klaslar təşkil olunmuşdur. Təşkil olunan ilk master klasda mərkəz tərəfindən dəvət olunmuş ekspert-müəllim Bəhman Məmmədov magistranlara “Tələbə-müəllim münasibətləri və auditoriyada davranış” mövzusunda pedaqojik məsləhətlər verilmiş və müzakirələr aparılmışdır. Baş tutmuş ikinci master klasda isə Harvad Universitetinin Hüquq Fakültəsinin məzunu və ADA Universitetinin Hüquq Proqramının rəhbəri Rəşad İbadov tərəfindən “Magistr təhsili və gələcək akademik karyera imkanları“ mövzusunda tələbələrə məlumatlar verilmiş və bu istiqamətdə müzakirələr aparılmışdır. BMDM tərəfindən bu cür master klasların qarşıdakı günlərdə də davam etməsi planlaşıdırılır. Bu master klaslarda əsas məqsəd həm akademik, həm də iş dünyasından olan mütəxəssislərlə magistrantları görüşdürərək aktiv təcrübə və informasiya mübadiləsinin aparılmasıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay