A

Magistratura pilləsi üzrə təhsil alan II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin effektiv və faydalı şəkildə təşkili məqsədi ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən magistrantlar üçün “Master Klaslar” təşkil olunur.

Bu master klaslar silsiləsindən növbəti tədbirin qonağı psixoloq, konsultant, EMDR terapevt Süleyman Məmmədzadə olmuşdur. S.Məmmədzadə Misir Ərəb Respublikasının "Ayn Şəms" Universitetində Ərəbşünaslıq üzrə təhsil almış, BDU-nun Şərqşunaslıq-Ərəb dili üzrə doktorantura pilləsini bitirmiş, bir çox ölkələrdə psixoterapiya və psixologiya üzrə kurslar keçmişdir. Azərbaycana ilk dəfə EMDR terapiyanı psixoloq S.Məmmədzadə gətirmişdir və hazırda Konsultant-Psixoterapevt kimi çalışır.

Tədbirdə Süleyman Məmmədzadə EMDR terapiyadan, travmalardan və onların yaranma səbəblərindən danışmış, eləcə də praktikadan nümunələr göstərməklə dinləyicilərdə daha aydın təsəvvür yaratmışdır. 

Sonda qonağımız magistrantların suallarını cavablandırmışdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR