A

Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin magistrləri UNEC-də elmi tədqiqat təcrübəsi keçəcək.

Avrasiya Milli Universitetində “Dövlət auditi” ixtisası üzrə təhsil alan 19 magistr təcrübə dövründə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin tədris prosesi ilə tanış olacaq, “Mühasibat uçotu və audit" kafedrasının professorlarının mühazirələrini dinləyəcək, müvafiq sahə üzrə elmi-tədqiqi araşdırmalar aparacaqlar. Magistrlər təcrübə müddətində UNEC-in Daxili audit şöbəsinin iş fəaliyyətini də yaxından izləyə biləcəklər.

Elmi tədqiqat təcrübəsinin ilk günündə qazaxıstanlı magistrlər universitetdə infoturda olub, SABAH qrupunun dərslərini dinləyib, 24/7 kitabxana ilə tanış olublar.

Elmi tədqiqat təcrübəsinin əsas məqsədi tədqiqat və innovasiyaların təkmilləşdirilməsi, elm və texnologiyanın son nailiyyətləri ilə tanışlıq, təcrübə mübadiləsi və elmi əlaqələrin genişləndirilməsindən ibarətdir.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında 2013-cü ildə ikitərəfli əməkdaşlıq barədə müqavilə imzalanıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR