A

UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində II kurs magistrantlar üçün Elmi-Tədqiqat Təcrübəsi davam edir.

Elmi-tədqiqat təcrübələrində magistrantlar öz dissertasiya işləri ilə bağlı təqdimatlar hazırlayaraq təcrübə rəhbərlərinin iştirakı ilə auditoriyalarda təqdim edirlər.

Sonda təqdimatlar ətrafında müzakirələr aparılaraq auditoriya tərəfindən verilmiş suallar magistrantlar tərəfindən cavablandırılır. Bu təcrübələrin təşkili magistrantlara öz dissertasiya işləri ilə bağlı tədqiqatlar aparmalarında, daha geniş biliklərə sahib olmalarında mühüm əhəmiyyət kəsb edir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay