A

Vergilər Nazirliyinin İnsan Resursları Departamenti və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində təhsil alan magistrlar üçün karyera günü keçirilib.

Görüş zamanı Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin Təhsil və inkişaf şöbəsinin rəhbəri İlkin Rəhimov və Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Departamentinin Xidmətlərinin təşkili şöbəsinin rəhbəri Məmməd Quliyev vergi orqanlarına işə qəbul prosesi barədə ətraflı məlumat çatdırıblar. Əlavə olaraq, bu istiqamətdə karyera qurmaq üçün lazımi bilik və bacarıqlar, imtahanların təşkili qaydaları, özünü təkmilləşdirmə yolları, sistemi çalışma metodları barədə təcrübələrini paylaşılıblar.

Görüş iştirakçıları vergi qanunvericiliyi, təyinatlar, ehtiyat kadrlarla iş və digər maraq doğuran məsələlər barədə ünvalandıqları suallara ətraflı cavab tapıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay