A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə dünyanın aparıcı audit şirkətlərindən olan Deloitte şirkətinin Azərbaycan nümayəndəliyi UNEC tələbə və magistrları üçün karyera günü keçirib.

Şirkətin İnsan Resursları Departamentinin rəhbəri Aytən Kərimova, departamentin mütəxəssisləri Zeybə Tağızadə və Gülər Qasımova, Audit və Əminlik Departamentinin direktoru Camal Həsənov və departamentin meneceri Rüfət Hümbətovun iştirak etdiyi görüşdə yeni vakansiyalar və müraciət forması, yay təcrübə proqramı, iş müsahibəsinə hazırlıq, şirkətin yaradacağı yüksək imkanları barədə məlumat veriblər. Şirkət nümayəndələri UNEC tələbələri üçün karyera imkanları, işə qəbul ərəfəsindəki test mərhələsi, həmçinin iş mühiti və mümkün imkanlar barədə ətraflı məlumat çatdırıblar.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR