A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin ikinci kurs magistrləri Ülkər Zeynalova və Ülkər Bayramova Italiyanın Roma şəhərində keçirilən beynəlxalq konfransda iştirak ediblər.

“Biznes, menecment və iqtisadiyyat sahəsində tədqiqatlar üzrə beynəlxalq konfrans” mövzusuna həsr olunan tədbir (International Conference on Research in Business, Management and Economics - ICRBME) İtaliyanın Sapienza universitetində təşkil olunub.

UNEC magistrləri beynəlxalq konfransda “Azərbaycanda qadın sahibkarların inkişaf perspektivləri və qarşılaşdıqları problemlərin təhlili” (Developmental prospects of women entrepreneurs in Azerbaijan and an analysis of the problems they face) adlı elmi işlərinin məruzəsi əsasında iştirak ediblər.

UNEC magistrlərinin beynəlxalq konfransa təqdim etdikləri elmi məqalə yüksək indeksli nüfuzlu beynəlxalq jurnallarda (Scopus, Google scholar, İndex Copernicus, EBSCO və s.) dərc olunacaq.

Qeyd edək ki, ICRBME tədqiqatçıları, alimləri yeni fikirlər və araşdırma nəticələrini bölüşmək üçün bir araya gətirən dünyaca nüfuzlu beynəlxalq konfransdır. Konfransda biznes, menecment və iqtisadiyyatın bütün aspektləri üçün tətbiq olunan problemləri və qəbul edilən həllər müzakirə edilib. Beynəlxalq konfransda UNEC magistrlərinin çıxışları yüksək qiymətləndirilərək, xüsusi sertifikatlara layiq görülüb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR