A

UNEC-də keçirilən “Elm həftəsi” çərçivəsində UNEC Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bochum Ruhr Universitetinin tədqiqatçısı Dr. Elxan Richard Sadik-zada magistrlərə seminar keçib.

Beynəlxalq magistratura və doktorantura mərkəzində İqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alan magistrantlar üçün “Neft zənginliyi şəraitində bölgü danışıqları və struktur dəyişikliklərinin sürəti” mövzusunda seminar keçən E.R.Sadik-Zada ölkələrin neft gəlirlərindən səmərəli istifadə yolları və reallaşdırılması xususiyyətlərindən, sosial-iqtisadi inkişafa neft gəlirlərinin təsirindən söz açıb, ölkə iqtisadiyyatının şaxələndirilməsində və qeyri-neft sektorunun inkişaf etdirilməsində neft sənayesinin və neft gəlirlərinin rolunun artırılması,  bu istiqamətdə əhəmiyyətli tədqiqatların aparılmasına ehtiyac duyulduğu iştirakçıların diqqətinə çatdırıb.

Sonra məruzəçi tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay