A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə UNEC Biznes Məktəbinin MBA Proqramının Menecment ixtisasında təhsil alan magistrlər üçün master-klass təşkil edilib.

Tədbirdə Teching oyun şirkətinin qurucusu, Youth Inc. Təşəbbüskarlığın İnkişafı və Biznes İnkubasiya Mərkəzinin direktoru Camal Ağayev mövzu üzrə təcrübələrini paylaşıb. C.Ağayev çıxışı zamanı innovasiya və kreativlik arasında əlaqə, innovativ düşüncənin şirkətlərin rəqabət imkanlarına təsiri, innovasiya sahəsində dünya ölkələrinin təcrübələrindən bəhs edib. İnnovativ düşüncənin formalaşdırılması üçün lazımi mühit amilləri, tətbiq edilən metodlar barədə geniş izah verilib.

TOP XƏBƏRLƏR