A

UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində magistr dissertasiyalarının onlayn müdafiəsi uğurla başa çatdı.

Ölkədəki mövcud vəziyyət nəzərə alınaraq, builki magistr dissertasiya müdafiələri distant formada UNEC Extern Mərkəzinin texniki imkanları vasitəsi ilə onlayn olaraq təşkil olundu.

Müdafiə prosesi UNEC Elmi Şurasının təsdiqlədiyi qaydalara uyğun aparılıb. BMDM-də fəaliyyət göstərən 14 komissiyanın iştirakı ilə 2 həftə ərzində ümumilikdə 430 magistrant dissertasiyasını uğurla müdafiə edib. Onlardan 428 nəfəri müvəffəq qiymət alaraq, məzun olub. 

Mövcud pandemiya vəziyyəti ilə əlaqədar cari müdafiə sessiyasında iştirak edə bilməyən magistrantlar üçün avqust-sentyabr aylarında yenidən magistr dissertasiya müdafiələri təşkil olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay