A

UNEC-in Magistratura mərkəzində Vətən müharibəsinin iştirakçısı, məzun Orxan Pirəlizadə ilə onlayn görüş keçirilib.

2020-ci ildə UNEC-in Magistratura mərkəzindən “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə məzun olan Orxan Pirəlizadə ilə görüşdə təhsil aldığı Magistratura mərkəzinin kollektivi ilə yanaşı, İqtisadiyyat, Mühəndislik və Rəqəmsal  iqtisadiyyat fakültələrinin əməkdaşları da iştirak ediblər.

Magistratura mərkəzinin direktoru, professor Qabil Manafov Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbədən danışıb. Uğurlarımızın ən başlıca səbəbinin Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olduğunu bildirib. Bu döyüşlərdə UNEC-in tələbə və məzunlarının da qəhrəmanlıqla döyüşdüklərini, onların arasında şəhid və qazılərin də olduqlarını diqqətə çatdırıb.

Orxan Pirəlizadə məzunu olduğu universitetin kollektivinə döyüş yolundan bəhs edib. Vətən müharibəsi başlayarkən könüllü cəbhəyə yollandığını, Füzuli, Hadrut, Cəbrayıl, Laçın dəhlizi və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib.

Görüşdə UNEC-in dosentləri Afaq Məmmədova, Kamil Məmtiyev, Oqtay Məmmədov, Validə Mehdiyeva, Təranə Əliyeva və UNEC İqtisadçı Tələbə Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli Vətən müharibəsindəki möhtəşəm qələbədən, bu qələbənin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolundan danışıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən iğidlərimizin qəhrəmanlıqlarının təbliği, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində universitetdə silsilə tədbirlərin keçiriləcəyini bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay