A

İyunun 29-da saat 19:00-da 26-cı proqram üzrə magistratura ixtisas seçimində iştirak edəcək namizədlər üçün UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi - BMDM tərəfindən canlı yayım olacaq.

Canlı yayımda 26-cı proqram (iqtisadiyyat və idarəetmə ixtisasları) üzrə UNEC BMDM-in əməkdaşları tərəfindən mərkəz haqqında, tədris və tədqiqat prosesi, xaricdə təcrübə, təhsil və imkanları, təhsil haqları barədə məlumatlar veriləcək. Eləcə də ixtisas seçimi edəcək namizədlərin sualları cavablandırılacaq.

Canlı yayım UNEC-in (unecedu) və BMDM-in (https://www.facebook.com/unecbmdm) rəsmi facebook səhifələrindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR