UNEC-in Biznes və menecment ilə Texnologiya və dizayn fakültələrinin professor-müəllim heyəti və imtahanlarda yüksək nəticə göstərən tələbələri “Evrika” liseyində olub.

Liseyin yuxarı sinif şagirdlərinə regonun ən böyük iqtisadyönümlü universiteti olan UNEC barədə ətraflı məlumat verən Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov burada tədrisin 4 dildə aparıldığını bildirib. Görüşdə şagirdlər UNEC-in ikili diplom, mübadilə və təqaüd proqramları, Elektron Universitet Modelinin uğurlu tətbiqi barədə məlumatlandırılıb.

Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov“ UNEC-də bir gün” layihəsindən söz açıb. Bildirib ki, layihə çərçivəsində şagirdlərə şərti tələbə biletləri təqdim edilir və onlar UNEC-də dərsləri dinləyə, imtahan prosesini müşahidə edə, kitabxanadan faydalana bilirlər. Eyni zamanda, bir günlük tələbələrə ixtisas seçimi ilə bağlı konsultasiya da verilir.

Görüşdə şagirdlərə UNEC-in tanıtım çarxı nümayiş etdirilib, kafedra müdirləri ixtisaslar barədə danışaraq, şagirdlərin suallarını cavablandırıblar. Tələbələr şagirdlərə UNEC-də tələbə həyatı, sosial tədbirlər, Yaradıcılıq Mərkəzi və Radio UNEC haqqında məlumat veriblər.

Şagirdlər UNEC-in nailiyyətlərini mətbuat və sosial şəbəkələrdən izlədiklərini qeyd edərək, gələcəkdə bu universitetin tələbəsi adını qazanmağı arzuladıqlarını bildiriblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR