A

UNEC-ə hansı ixtisaslar üzrə qəbul var?

  • UNEC-də I, II, IV və V ixtisas qrupunda 21 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.

Hansı dildə təhsil ala bilərəm?

  • UNEC-də Azərbaycan, rus, ingilis və türk dillərində təhsil almaq mümkündür.

Xüsusi təqaüdə necə layiq görülə bilərəm?

  • 600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olunan hər bir tələbəyə universitet hesabına tədris ilinin ilk semestri boyunca 100 manat məbləğində əlavə təqaüd verilir. Hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə isə “ikinci əlaçı təqaüdü” verilir. Bunlar ödənişli və ya ödənişsiz təhsil alan tələbələr də ola bilər.

UDİD proqramı nədir?

  • Universitet Daxili İki Diplom (UDİD) proqramı bakalavrlara təhsil aldıqları müddətdə iki müxtəlif ixtisas üzrə diploma sahib olmaq imkanı yaradır. Siz istədiyiniz digər ixtisas üzrə fənləri dinləyərək 4 il ərzində UNEC-i iki diplomla bitirə bilərsiniz. UDİD proqramı 700 bal toplayanlar üçün ödənişsizdir. 600 və daha yüksək bal toplayanlar isə proqrama 50 faiz güzəştlə qoşula biləcək.

UNEC-də xarici universitetlərlə ikili diplom proqramları varmı?

UNEC bakalavrlarına dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları təklif edir: 

  • London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramına qoşularaq 4 il ərzində həm UNEC-in, həm də Avropanın ən nüfuzlu ali məktəbinin diplomuna sahib olacaqsınız. Məzun gününü isə Londonda qeyd edəcəksiniz.
  • 3-cü kursu Fransanın Montpellier Universitetində davam etdirirsiniz, 4-cü kursu isə UNEC-də bitirirsiniz. Məzun olduqda həm Montpellier, həm də UNEC-in diplomunu əldə edirsiniz.

Hansı mübadilə proqramlarına qatıla bilərəm?

  • UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıb. “Mövlana” və “Erasmus+” proqramları çərçivəsində dünyanın bir çox universitetləri ilə tələbə mübadiləsi həyata keçirir. Bu proqramlar çərçivəsində tələbələrimiz Almaniya, Böyük Britaniya, İtaliya, İsveçrə, İspaniya, Litva, Cənubi Koreya və Türkiyənin nüfuzlu universitetlərində bir semestr təhsil almaq imkanı əldə edirlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR