A

“UNEC-i tanı!” layihəsi davam edir.

UNEC-i abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq məqsədi daşıyan layihə çərçivəsində regionun ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən universiteti olan Azərbaycan Dövlət İqtisad Universitetində səhər saat 09:00-dan 18:00-dək gənclərin müraciəti dinlənilir. Abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat verilir. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərilir. Abituriyentlər UNEC-in tələbələrinə yaratdığı imkanlar, xüsusi təqaüd, Avropanın nüfuzlu universitetləri ilə ikili diplom və UDİD proqramları barədə məlumatlandırılırlar. Həmçinin təhsil almaq istədikləri ixtisasın tədris olunduğu bina və auditoriyalarla tanış ola bilirlər.

Azərbaycanın regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlərin müraciətləri isə UNEC-in rəsmi facebook səhifəsində cavablandırılır. Eyni zamanda müraciətini öz facebook səhifəsindən #UNECdənsoruş haştagı ilə paylaşan abituriyentlərin də bütün suallarına cavab verilir.

Bu günə qədər layihədə 700-dən çox abituriyent iştirak edib. Layihə barədə ətraflı məlumatı 146-1-3 və 497-58-63 telefon nömrələrinə zəng etməklə əldə edə bilərsiniz.

Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qruplarında 20 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay