A

UNEC news təhsil haqqından azad olunan abituriyentlərdən tələb olunan sənədlərin siyahısını təqdim edir.

Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları:

  1. Attestatın əsli;
  2. Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd. 
  3. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2 ədəd;
  4. Şəxsiyyət vəsiqəsinin surəti - 3 ədəd;
  5. Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notarial qaydada təsdiq edilmiş surəti;

Şəhid ailəsinin üzvü olan abituriyentlər:

  1. Attestatın əsli;
  2. Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd; 
  3. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2 ədəd;
  4. Şəxsiyyət vəsiqəsinin surəti - 3 ədəd
  5. Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  6. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti

Qeyd:18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

  1. Attestatın əsli;
  2. Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd; 
  3. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  4. Şəxsiyyət vəsiqəsinin surəti - 3 ədəd;
  5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2 ədəd;
  6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın notarial qaydada təsdiq edilmiş surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır).

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

  1. Attestatın əsli;
  2. Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd; 
  3. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  4. Şəxsiyyət vəsiqəsinin surəti - 3ədəd;
  5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2 ədəd;
  6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının  müdafiəsi zamanı həlak olması barədə sənəd.Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər:

  1. Attestatın əsli;
  2. Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 5 ədəd; 
  3. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  4. Şəxsiyyət vəsiqəsinin surəti - 3ədəd;
  5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 2  ədəd;
  6. Vətaf etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın notarial qaydada təsdiq edilmiş surəti;

Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.
Qeyd: Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR