A

 Abituriyentlərin nəzərinə: UNEC haqqında 10 mühüm fakt

  1. UNEC 600-dən yüksək bal toplayan abituriyent və beynəlxalq olimpiada qaliblərinə 100 AZN məbləğində xüsusi təqaüd verir.
  2. Semestr ərzində imtahanlarda ən yüksək nəticə göstərən hər kurs üzrə 15 tələbə 100 AZN məbləğində ikinci əlaçı təqaüdü qazanır.
  3. Avropanın aparıcı universitetlərinin diplomuna UNEC-də sahib olmaq mümkündür. UNEC tələbələri Fransanın Montpellier Universiteti və Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin diplomunu əldə edirlər.
  4. Tələbələr “Erasmus+” və “Mövlana” beynəlxalq proqramları çərçivəsində Avropa və Türkiyənin nüfuzlu universitetlərində mübadilədə iştirak edirlər.
  5. UNEC tələbələri innovativ və operativ xidmət olan “Bir pəncərə” sistemindən faydalanırlar.
  6. UNEC-də tədris Amerika, Kanada və Qərbi Avropanın ən nüfuzlu universitetlərinin məzunları olan gənc müəllimlər tərəfindən aparılır.
  7. Elektron Universitet Modeli vasitəsilə tələbələr mühazirə, dərs materialları, dərs cədvəli, imtahan balı, dərsə davamiyyət barədə məlumatları şəxsi elektron kabinetindən əldə edir.
  8. UNEC İnnovativ Biznes İnkubatoru tələbələrə kreativ ideyalarını şəxsi bizneslərinə çevirməyə dəstək olur.
  9. Ölkədə ilk dəfə olaraq UNEC-də fəaliyyət göstərən 7/24 kitabxana tələbələrə dərs və imtahanlara rahatlıqla hazırlaşmağa imkan verir.
  10. UNEC Yaradıcılıq Mərkəzi tələbələrə yaradıcılıq potensiallarını inkişaf etdirmək şansı yaradır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay