A

UNEC-də I ixtisas qrupu üzrə “Qida mühəndisliyi” ixtisasına qəbul həyata keçirilir.

“Qida mühəndisliyi” ixtisasını seçən abituriyentlər UNEC-in müasir laboratoriya və auditoriyalarla təchiz olunmuş yeni kampusunda təhsil alacaqlar.

“Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrinin lazımi miqdarda istifadəsini, istehsal prosesini və istehsal mərhələlərini və s.öyrənirlər.

 Tələbələr tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrindən lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir. Bundan əlavə mühəndis müxtəlif məhsul qruplarını yaratmaq üçün istifadə olunan avadanlıqların və avtomatlaşdırma sistemlərinin dizaynında, işə salınmasında iştirak edir.

Hansı sahələr üzrə mütəxəssis kimi çalışa bilərlər?

  • Saxtakarlığa yol verməyərək insan sağlamlığına zərərli olmayan qida məhsullarının hazırlanması;
  • Qidanın tarladan süfrəyə qədər istehsalının bütün addımlarının öyrənilməsi;
  • Qidanın keyfiyyətinin ölçülməsi;
  • Qidanın rəf ömrünün uzadılması;
  • Qidanın zərərli mikrobial inkişafının qarşısının alınması;
  • Qidanın fermentlərini və teksturasına təsir edən amillərə nəzarət edilməsi;
  • Qidada deaktiv ediləcək mikroorqanizmaya qərar verilməsi;
  • Qidanın saxlanma mühitinin seçilməsi;
  • Texnoloji sənədləri və yeni məhsulların istehsalı üçün resept hazırlayır; onun maya dəyərini, vaxt xərclərini, xammalın istehlak nisbətlərini hesablayır;
  • Müəssisədə sanitar norma və qaydalara riayət edilməsinə nəzarət;
  • Qida istehsalında istifadə olunan avadanlıq və sistemlərin dizaynı, texniki xidməti, modernləşdirilməsi;
  • İş prosesinin optimallaşdırmağa kömək edəcək yeni texnologiyaların tətbiqi;
  • Yaranan problemləri təhlil edir, onların həlli üçün təkliflər vermək;
  • Tədqiqat, böyük dünya şirkətlərinin təcrübəsinin öyrənilməsi;
  • Avadanlıqların istismarının təhlili, istehsal qüsurlarını azaltmaq üçün həll yollarının axtarışı;
  • Sahələrdə və şirkətin filiallarında işçilərin təlimi;
  • Texniki sənədlərin hazırlanması: broşuralar, təlimatlar, qeydlər, marşrut xəritələri və s.

“Qida mühəndisliyi”  ixtisas üzrə təhsilini başa vuran məzunlar qida sənayesinin bütün sahələrində, o cümlədən, şərabçılıq və qıcqırtma istehsalı olan (pivə, şirə, kvas, spirt və s.), ət və süd məhsullarının,  çörək və makaron, unlu və şəkərli qənnadı məmulatların istehsalı, meyvə və tərəvəz emalı  şəkər və yağ istehsalı, iaşə müəssələrində, qida sənayelərinin müxtəlif sahələrində mühəndis-texnoloq   və s. kimi çalışa bilər.  

Həmçinin idxal və ixrac olunan bütün növ qida məhsullarının keyfiyyət qiymətləndirilməsini, yararlılıq və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məsələlərinin həyata keçirilməsi üçün gömrük məntəqələrində, Kənd Təsərrüfatı Nazirliyinin ixtisas üzrə uyğun Elmi-Tədqiqat İnstitutlarında, qida sənayesinin uyğun peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrində, qida xammallarının və hazır məhsulların saxlanılması həyata keçirilən anbarlarda, restoran şəbəkələrində, Qida Təhlükəsizliyi İnstitutunun bütün filiallarında və Qida Təhlükəsizliyi Agentliyinin  bütün şöbələrində fəaliyyət göstərə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay