Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yuxarı sinif şagirdləri ilə görüşlərə start verilib.
İlk səfər Bakıda fəaliyyət göstərən “İstək” liseyində olub.Liseyin şagirdləri ilə görüşən UNEC-in nümayəndə heyəti onlara universitet haqqında ətraflı məlumat verib, tətbiq olunan yeniliklərdən danışıb. Bildirilib ki, UNEC regionun ən böyük iqtisadyönümlü universiteti olmaqla yanaşı, həm də Azərbaycanın Rusiyada filialı olan yeganə ali təhsil müəssisədir. Burada təhsil 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində aparılır. Əlaçı tələbələr üçün nəzərdə tutulan daxili təqaüd proqramları da məktəblilərin diqqətinə çatdırıb.Görüşdə yuxarı sinif şagirdlərinə UNEC haqqında ətraflı məlumatı əks etdirən bukletlər paylanıb və tanıtım videoçarxı nümayiş etdirilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.Qeyd: Görüşlər Bakının digər məktəblərində də davam etdiriləcək.