A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni layihəyə start verib. Layihə çərçivəsində UNEC əməkdaşları universitetə savadlı gənclərin cəlb edilməsi məqdsədi ilə Bakının ən aparıcı məktəblərinə səfər edərək, yuxarı sinif şagirdləri ilə görüşlər keçirir. Artıq layihə çərçivəsində Bakıda yerləşən “İstək” liseyi, Nəsimi rayon 1 və 54 saylı tam orta məktəblərinə səfərlər təşkil edilib.Görüşlərdə şagirdlərə UNEC haqqında ətraflı məlumat verilib, tətbiq olunan yeniliklərdən danışılıb. Bildirilib ki, UNEC regionun ən böyük iqtisadyönümlü universiteti olmaqla yanaşı, həm də Azərbaycanın Rusiyada filialı olan yeganə ali təhsil müəssisədir. Burada təhsil 4 dildə – Azərbaycan, rus, ingilis və türk dillərində aparılır. UNEC tələbə sayına görə ölkənin ən böyük ali təhsil ocağıdır. Əlaçı tələbələr üçün nəzərdə tutulan daxili təqaüd proqramları da məktəblilərin diqqətinə çatdırıb.

Şagirdlərə UNEC haqqında ətraflı məlumatı əks etdirən bukletlər paylanıb və tanıtım videoçarxı nümayiş etdirilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Görüşlər mart ayı boyunca digər məktəblərdə də davam etdiriləcək.

TOP XƏBƏRLƏR