A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, qiyabi və Əlavə Təhsil Mərkəzi,Tələbə Həmkarlar İttifaqı Komitəsivə “Elevate Professional Development Centre”nin birgə təşkilatçılığı ilə“Hədəfə doğru inkişaf” mövzusunda seminar keçirilib.

Seminarda peşəkar təlimçilər tərəfindən beynəlxalq sertifikasiyalar barədə ətraflı məlumat verilib. Paşa Həyat Sığorta şirkətinin baş auditi Yunis Məmmədli tələbələrə ACCA və CİA beynəlxalq sertifikasiyalardan söz açaraq, tələbələri maraqlandıransualları cavablandırıb. Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndələriisə tələbələrə CFA beynəlxalq proqramı haqqında məlumat veriblər,daha sonra isəSociety for Human Resource Management (SHRM) beynəlxalq sertifikasiya barəsində öz bilik və təcrübəsini onlarla bölüşüblər.

Sonda seminarda fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR