A

Təhsil Nazirliyi

Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin “Azercell” Telekom MMC ilə əməkdaşlığı çərçivəsində bu qrupun tələləbələri üçün “Yay Tələbə Təcrübə Proqramı” elan edilib. Proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir.

Tələbələr iyulun 2-dən başlayacaq proqram çərçivəsində “Azercell”də 2 ay təcrübə keçmək şansı qazanacaqlar. Bu günədək 13 SABAH tələbəsi bu imkandan yararlanaraq şirkətdə ixtisasları üzrə təcrübə keçiblər.

“Yay Tələbə Təcrübə Proqramı” mərhələlərlə seçilən gənclərə “Azercell”də təcrübə keçmək imkanı qazandıraraq ali məktəblərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı yaradır.

Qeyd edək ki, SABAH qruplarının “Azercell” Telekom MMC ilə əməkdaşlığı çərçivəsində Tələbə Təqaüd proqramı üzrə Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50 fazi SABAH tələbələri üçün ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün “Azercell Plaza”da tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz brendini yarat” movzularında qısa sessiyalar təşkil olunub. Həmçinin İnsan qaynaqları departamentinin əməkdaşları 17-20 fevral tarixlərində SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər.

“Yay Tələbə Təcrübə Proqramı”na SABAH qruplarının son 3-cü və 4-cü kurs tələbələri 2018-ci ilin 12 aprel tarixinə qədər https://www.azercell.com/az/company/career/development_oportunities/internship2018/ keçidinə daxil olmaqla “Yay Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən ən aparıcı layihələrdəndir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR