A

Təhsil Nazirliyi

Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar  üzrə I kursda əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün elektron ərizə doldurulmalıdır.

Elektron ərizəni doldurmazdan əvvəl müvafiq “Təlimat”la tanış olmağınız xahiş olunur.

2018/2019-cu tədris ili üçün “SABAH qruplarına tələbələrin seçimi Qaydaları” ilə tanış  olmağınız tövsiyə olunur.

Hazırki ali təhsil müəssisisəsindən asılı olaraq, tələbələr üçün müəyən olunmuş son qeydiyyat tarixi haqqında məlumatı aşağıdakı cədvəldən əldə edə bilərsiniz. 

S/S ALI TƏHSIL MÜƏSSISƏSININ ADI SON QEYDIYYAT TARIXI
 1   Azərbaycan Dillər Universiteti 23 may 2018
2 Azərbaycan Dövlət İqtisad Universiteti 23 may 2018
3 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 23 may 2018
4 Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 23 may 2018
5 Azərbaycan Memarlıq və İnşaat Universiteti 23 may 2018
6 Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti 23 may 2018
7 Azərbaycan Texniki Universiteti 23 may 2018
8 Bakı Dövlət Universiteti 23 may 2018
9 Bakı Musiqi Akademiyası 23 may 2018
10 Azərbaycan Dövlət Pedaqoji Universiteti filialları (Şəki, Ağcabədi, Cəlilabad, Quba, Şamaxı) 20 may 2018
11 Azərbaycan Dövlət İqtisad Universiteti filialları (Zaqatala) 20 may 2018
12 Bakı Dövlət Universiteti filialları (Qazax) 20 may 2018
13 Bakı Mühəndislik Universiteti 23 may 2018
14 Bakı Slavyan Universiteti 23 may 2018
15 Sumqayıt Dövlət Universiteti 20 may 2018
16 Lənkəran Dövlət Universiteti 20 may 2018
17 Gəncə Dövlət Universiteti 20 may 2018
18 Azərbaycan Texnologiya Universiteti 20 may 2018
19 Mingəçevir Dövlət Universiteti 20 may 2018
20 Naxçıvan Dövlət Universiteti 20 may 2018
21 Naxçıvan Müəllimlər İnstitutu 20 may 2018
22   Azərbaycan Milli Konservatoriyası 20 may 2018

 

ELEKTRON ƏRİZƏYƏ KEÇ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay