A

edu.gov.az

15-19 fevral 2016-cı il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Facebook” səhifəsində ““Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2015-ci il tarixli 1516 nömrəli sərəncamından irəli gələn vəzifələrlə bağlı suallara cavab veriləcək. Suallar şərhlər vasitəsilə cavablandırılacaq.

İstifadəçilərdən xahiş olunur ki, təkrarlanan suallarla müraciət etməsinlər.

Hörmətli “Facebook” istifadəçiləri!

- Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək.

- Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır.

- Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay