UNEC-in Bloomberg Maliyyə Laboratoriyası (BML) tələbələr üçün “Maliyyə Bazarları” üzrə növbəti təlimlərə start verir.
Təlimlərin əsas istiqamətləri “Economic Indicators”, “Currencies”, “Fixed Income”, “Equities” bölmələrindən ibarətdir. Təlimlər 1 ay davam edəcək və sonda tələbələrin Bloomberg Market Concepts (BMC) sertifikatını əldə etməsi nəzərdə tutulub.
Təlimlər həftənin bazar ertəsi və çərşənbə günü, iki növbədə (10:00/15:00), çərşənbə axşamı və cümə axşamı günü isə səhər növbəsində (10:00) təşkil olunacaq və Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri Səidə Xəlil tərəfindən keçiriləcək.
Təlimə qoşulmaq üçün tələblər:
- İngilis dili B1 səviyyəsində olmalıdır;
- “Maliyyə” və ya “İqtisadiyyat” ixtisasında təhsil almaq;
- 81+ ÜOMG.
Qeydiyyat üçün:
https://forms.gle/bwquZ1V3dB3uHFcg9