A

2021/2022-ci tədris ili üzrə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlayıb. Proqramda UNEC-in I kursunu bitirən tələbələr iştirak edə bilər.

Proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə “Mühasibat uçotu” ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.

Qəbul şərtləri:

  • UNEC-in birinci kursunu başa vurmalı;
  • Minimum orta bal (ÜÖMG) - 71 bal;
  • Rus dilini sərbəst bilməlidir.

Sənədlər bir fayl şəklində (PDF formatında) aşağıdakı ardıcıllıqla iThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.  email ünvanına təqdim olunmalıdır:

  • CV (rus və ya azərbaycan dilində)
  • Akademik transcript
  • Pasport (olmadığı halda şəxsiyyət vəsiqəsi)

Rusiyada təhsil müddəti - 1 il

Tədris dili - rus dili

Təhsil haqqı – 220 000 rubl

Qeydiyyat haqqı - yoxdur

Son müraciət tarixi: 1 Fevral

Maraqlananlar zoom linki  vasitəsilə təşkil olunacaq onlayn görüşdə iştirak edə bilərlər.

Tarix: 2-ci günlər saat 15.00-da, 4-cü günlər saat 11.00-da.

 

TOP XƏBƏRLƏR