UNEC Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzinin təqdimatında “Baku COP29” silsilə tədbirlərə start verilir.
2 iyul saat 12:00-da UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Baku COP-29” silsilə tədbirlərin ilk seminarı keçiriləcək.
UNEC Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri dos. Elxan Sadik-Zadanın moderatorluğu ilə keçiriləcək seminarda Mərkəzinin tədqiqatçısı, İtaliyanın Naples Parthenope Universitetinin İqtisadi İnkişaf və Sosial Dəyişikliklər Mərkəzinin prezidenti, Böyük Britanyanın Greenwich Universitetinin Təbii ehtiyatlar İnstitutunun tədqiqatçısı, Çinin Wenzhou-Kean Universitetinin professoru Andrea Gatto “Impact Of Environmental, Energy And Business Efficiency On CO2-Emissions” mövzusu ilə çıxış edəcək.
Seminarın işçi dili ingilis dilidir.
Seminara aşağıda qeyd olunan Zoom linki vasitəsilə qoşulmaq olar:
Kod: 655349