A

ADPU-in Quba filialında “Bərabərlik üçün öyrənmə: inklüziv vətəndaşlıq təhsilinin bu günü və gələcəyi”nə dair seminar keçirilib.

Seminar inklüziv vətəndaşlıq təhsili “Civic Education” sahəsində sektorlararası dialoqu və tərəfdaşlığı gücləndirmək məqsədi ilə hibrid formada təşkil olunub.

ADPU Quba filialının direktoru dosent Yusif Alıyev, Almaniya Vətəndaşlıq Təhsli üzrə Federal Agentliyinin rəhbəri və Şərqi Avropa Vətəndaşlıq Təhsili Şəbəkəsi üzrə nümayəndələri çıxış ediblər.

Seminarda İnklüziv təhsil üçün post-pandemiya kontekstində uğurları və problemləri müəyyən etmək və bu problemlərin həll yolları, formal və qeyri-formal təhsil sahələrindən olan müxtəlif maraqlı tərəflər arasında təcrübə mübadiləsi, gənclərin vətəndaş cəmiyyətinin inkişafında əhəmiyyətini müzakirə etmək və inklüziv təhsil üçün sektorlararası əməkdaşlığı, vətəndaşlıq təhsilində bərabərlik anlayışı və inklüziv təhsilin gələcəyi haqqında maraqlı çıxışlar və müzakirələr aparılıb.

UNEC İnklüziv təhsil mərkəzinin koordinatoru Sevinc Məhsimova Mərkəzin 7 ildə nail olunmuş nəticələrindən danışıb. UNEC praktikası bütün mütəxəssislər tərəfindən böyük təqdirlə qarşılanıb.

 

TOP XƏBƏRLƏR