“Azərbaycan Dövlət İqtisad Universiteti”
PHŞ tədris binalarının və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən
Quba tədris, idman və istirahət mərkəzinin
mühafizə xidmətinin satın alınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, mal, iş və xidmətlərin qısa müddətdə təhvil verilməsi, texniki xidmət və ödəniş şərtləri.

Əlaqələndirici şəxs: Aqil Əhmədov
Əlaqə telefonu: (012) 492-59-03, daxili 1127
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç. 6

Tender 1 (bir) lot üzrə keçiriləcək.

Lot 1 – Mühafizə xidmətlərinin satınalınması (18 (on səkkiz) aylıq) satın alınması.

Maraqlananlar elektron müraciət edərək 450 (dörd yüz əlli) manat iştirak haqqını portal operatorunun hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş satınalmanın Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid elektron portalı vasitəsilə ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

  1. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 40 (qırx) bank günü qüvvədə olmalıdır);
  2. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
  3. Malgöndərən haqqında tələb olunan sənədlər aşağıdakılardır:

3.1. Malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

3.2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış (01.05.2022-ci il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir);

3.3. Malgöndərənin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2021-cu il üzrə);

3.4. Malgöndərənin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (01.05.2022-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir);

3.5. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə arayış;

3.6. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd;

3.7. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması barədə arayış;

3.8. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;

3.9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

3.10. Mühafizə xidmətinin göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziyanın sürəti.                                                              

Malgöndərənlər qeyd olunan sənədləri 09.06.2022-ci il saat 12:00 kimi kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər öz tender təkliflərini və bank zəmanətini 20.06.2022-ci il, saat 12:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Elanda göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 21.06.2022-ci il, saat 12:00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

TOP XƏBƏRLƏR