2022/2023-ci tədris ili üzrə UNEC-in Dünya İqisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Fransanın Montpellier Universitetinin ikili diplom proqramına qeydiyyat başlayıb.
1-ci kurs tələbələri də 2023/2024-cü tədris ili üçün qeydiyyatdan keçə bilərlər.
Proqrama qəbul olan UNEC tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərini 4-cü kursdan davam edəcəklər.
Əsas qəbul şərtləri:
- UNEC-in ikinci kurs tələbəsi olmaq
- Minimum orta bal (ÜÖMG) – 81 bal
- İngilis dili – B2
Tərəfdaş universitet - Montpellier Universiteti
Müddət - 1 il
Tədris dili - İnglis dili
Təhsil haqqı – 2250 avro
Qeydiyyat haqqı – yoxdu
Tədrisin başlanması - 2022-ci il, sentyabr
Tədrisin bitməsi – 2023-ci il, aprel
Son müraciət tarixi - 07 fevral 2022-ci il
Sənədlər bir fayl şəklində (pdf formatinda) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:
- Akademik transcript (azərbaycan dilində)
- CV (ingilis dilində)
- Pasport (şəkil olan səhifəsi, yoxdursa vəsiqə və ya tələbə kartı)
Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:
Afət Ələkbərova
UNEC, Beynəlxalq Əməkdaşlıq Departmenti
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.