AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN NƏZDİNDƏ
AZƏRBAYCAN MALİYYƏ-İQTİSAD KOLLECİ 2022/2023-cü tədris ili üzrə
TƏLƏBƏ QƏBULUNUN QEYDİYYATI
Qeydiyyat onlayn qaydada – https://portal.edu.az platforması vasitəsilə aparılır.
Abituriyentlər DİM (https://dim.gov.az) tərəfindən müəyyən edilən müddətdə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
QEYD: Müəyyən olunmuş müddətdə https://portal.edu.az-da qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbuldan imtina etmiş şəxs hesab edilir və onun barəsində qəbul əmri verilmir!
QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:
- Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə - 6 ədəd
- Şəxsiyyət vəsiqəsinin surəti
- Doğum haqqında şəhadətnamənin surəti
- Attestat
- İlkin hərbi qeydiyyat haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün)
- Sağlamlıq haqqında tibbi arayış
- Təhsil haqqının ödənilməsinə dair qəbzin surəti (ödənişli əsaslarla qəbul olanlar üçün).
Təhsil haqqından azad olunan tələbələrin təqdim edəcəyi əlavə sənədlər:
- Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər – tələbə:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayış elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.
- Məcburi köçkün statuslu Azərbaycan Respublikasının vətəndaşı olan tələbə:
- tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar:
- Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti; digər valideynin orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı (Forma 88). Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.
QEYD: Bu imtiyaz əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.
- Şəhid ailəsinin üzvü olanlar:
- Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti
- 18 yaşı tamam olanlar şəhid ailəsinin üzvi kimi vəsiqənin surəti
- Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti
QEYD: Şəhid ailəsinin üzvü təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunurlar.
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88). Arayışlar elektron formatda olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.
- valideynin şəxsiyyət vəsiqəsinin surəti;
QEYD: Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır.
5.1. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı).
DİQQƏT: https://portal.edu.az -da qeydiyyatdan keçmiş tələbələr kollec tərəfindən müəyyən ediləcək vaxtda qeydiyyat üçün tələb olunan sənədləri kollecə təqdim etməlidirlər.
Əlaqə nömrəsi: +99412 493 17 83 (Həftə içi: saat 09:00-18:00)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
https://www.facebook.com/maliyye.iqtisad.kolleci