Non-Erasmus ikili əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının Sankt Peterburq Dövlət İqtisad Universitetində (UNECON) mübadilə proqramına sənəd qəbulu elan olunur.
Proqram çərçivəsində UNEC-in bakalavriat təhsil pilləsi üzrə Beynəlxalq ticarət və logistika ixtisasının tələbələri 2023/2024-cü tədris ilinin yaz semestrində Sankt Peterburq şəhərində təhsillərini rus dilində davam edəcəklər. Mübadilə “Dəmir yolu nəqliyyatının logistikası” proqramı istiqamətində həyata keçirilir. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Həmçinin UNECON tələbələri əcnəbi tələbələr üçün yataqxanada pulsuz yer ilə də təmin edəcəkdir. Tələbələr yalnız yol və gündəlik xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.
Seçiləcək tələbə sayı: 4 nəfər
Təhsil pilləsi: bakalavriatura
İxtisas: Beynəlxalq ticarət və logistika
Müddət: 2023/2024-cü tədris ilinin yaz semestri
Əsas şərtlər:
- Tələbələrin orta balı (ÜÖMG) – 70-dən yuxarı olmalı;
- Rus dilini sərbəst bilməli.
Tələb olunan sənədlər:
- Akademik transcript;
- Dil biliyini təsdiq edən sənəd (olduğu təqdirdə və ya müvafiq ixtisasda rus dilində təhsil aldığını göstərən sənəd);
- CV;
- Pasport (mövcud olmadığı halda şəxsiyyət vəsiqəsi).
Son müraciət tarixi: 7 fevral, 2024-cü il.
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin adı - «UNECON» yazılmalıdır.